Medianews.az
İlk dəfə sevgilisi ilə görüntüləndi -
61 baxış

İlk dəfə sevgilisi ilə görüntüləndi - FOTO

Türkiyəli aktrisa Afra Saraçoğlu özəl həyatı ilə gündəmə gəlib.

Aktrisa bir müddətdir eşq yaşadığı iş adamı Poyraz Yosmaoğlu ilə görüntülənib. Afra və Poyraz İspaniyanın paytaxtı Madridə tətilə yollanıblar.

Cütlük bir restoranda baş-başa yemək yeyən zaman kameralara tuş gəlib. Üzlərinin aydın göründüyü fotolar sosial şəbəkələrdə qısa müddətdə böyük maraq doğurub.

Daha əvvəl onların Danimarkanın Kopenhagen şəhərində də birlikdə tətil etdikləri iddia olunurdu. Lakin ikili bu sevgi xəbərləri barədə açıqlama verməməyi üstün tutmuşdu.

Qeyd edək ki, Afra rol aldığı "A.B.İ" serialından bu mövsüm ayrılıb.  (Axşam.az)

Bizə qoşulun