İsrail ABŞ-ı zərurət yaranacağı təqdirdə İrana hücuma edəcəyi barədə məlumatlandırıb.
Globalinfo.az xəbər verir ki, bu barədə “The Jerusalem Post” qəzeti təhlükəsizlik mənbələrinə istinadən yazıb.
Məlumata görə, İsrailin müdafiə qurumlarının yüksək vəzifəli nümayəndələri amerikalı həmkarları ilə keçirilən görüşlərdə İranın ballistik raket proqramının İsrail üçün ciddi təhlükə yaratdığını vurğulayıblar.
Qeyd olunur ki, bu görüşlər zamanı İranın raket imkanlarının və istehsal infrastrukturunun sıradan çıxarılmasına yönəlmiş mümkün əməliyyat variantları, o cümlədən əsas obyektlərə zərbələr endirilməsi məsələləri müzakirə olunub.