Medianews.az
Hövsanda quyuya yıxılan şəxs xilas edildi -
78 baxış

Hövsanda quyuya yıxılan şəxs xilas edildi - VİDEO

Suraxanı rayonu, Hövsan qəsəbəsi ərazisində quyuya yıxılan şəxs xilas edilib.

Medianews.az  xəbər verir ki, barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.

FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri əraziyə cəlb edilib.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, 1960-cı il təvəllüdlü Yarıyev Qılıçxan Cəfər oğlu dərinliyi təqribən 5 metr olan quyuya yıxılaraq müxtəlif dərəcəli bədən xəsarətləri alıb və köməksiz vəziyyətdə qalıb.

Xilasedicilər xüsusi xilasetmə vasitələrinin köməyi ilə Q.Yarıyevi quyudan çıxararaq təcili tibbi yardım briqadasına təhvil veriblər.

Bizə qoşulun