Sabirabadda həmkəndlisinin arvadı ilə cinsi əlaqədə olarkən tutulan şəxs həbs olunub.
Medianews.az Lent.az-a istinadla xəbər verir ki, hadisə rayonun kəndlərindən birində baş verib.
Hadisə yerinə gələn polis əməkdaşları Faiqin ev sahibini söyməsinin şahidi olaraq, onu şöbəyə dəvət ediblər. Lakin Faiq imtina edərək, söyüş söyməyə davam edib. Polis əməkdaşları tərəfindən onun şöbəyə aparılması təmin olunub.
Əməllərinə görə, onun barəsində İnzibati Xətalar Məcəlləsinin 510 (xırda xuliqanlıq) və 535.1-ci (polis yaxud hərbçinin qanuni tələblərinə tabe olmama) maddələri ilə protokol tərtib olunub.
Faiq Nehmətov ifadəsində kənd arasında hörməti olduğunu və ilk dəfədir ki, aldanaraq, belə hərəkətə yol verdiyini deyib. O, peşman olduğunu dilə gətirib və məhkəmədən barəsində cərimə cəzası təyin edilməsini istəyib.
Sabirabad Rayon Məhkəməsinin qərarı ilə onun barəsində 20 gün müddətinə inzibati həbs cəzası verilib.