Medianews.az
Həmədanda son vəziyyət: dini kitablar yandırıldı, məscidə hücum cəhdi oldu
62 baxış

Həmədanda son vəziyyət: dini kitablar yandırıldı, məscidə hücum cəhdi oldu

İranda davam edən etiraz aksiyaları fonunda Həmədan şəhərində vəziyyət kəskinləşib.

Musavat.com xəbər verir ki, yanvarın 1-də etirazçılar bir neçə dini kitabı, o cümlədən Qurani-Kərimi yandırıblar və şəhərdə yerləşən məscidlərdən birinə hücum etməyə cəhd göstəriblər. Lakin polis qüvvələri müdaxilə edərək hücumun qarşısını alıb.

Məlumatlara görə, baş verən iğtişaşlar zamanı təhlükəsizlik xidmətinin bir əməkdaşı döyülüb. Hadisə yerinə əlavə qüvvələr cəlb olunub, ərazidə təhlükəsizlik tədbirləri sərtləşdirilib.

İran hakimiyyət orqanları bildiriblər ki, əlavə güclərin, o cümlədən İslam İnqilabı Keşikçiləri Korpusu bölmələrinin şəhərlərə yeridilməsindən sonra etirazlar ölkənin əksər bölgələrində dayandırılıb. Rəsmi məlumatda qeyd olunur ki, şəhərlər hüquq-mühafizə orqanlarının nəzarəti altına götürülüb.

Son məlumatlara əsasən, iğtişaşlar nəticəsində azı 5 nəfər həlak olub, 20-dən çox şəxs isə müxtəlif dərəcəli xəsarətlər alıb. Yaralılar xəstəxanalara yerləşdirilib.

Hadisələr İranda sosial-iqtisadi problemlər və artan narazılıqlar fonunda baş verib. Rəsmilər vəziyyətin nəzarət altında olduğunu desələr də, müşahidəçilər gərginliyin tam aradan qalxmadığını bildirirlər. 

Bizə qoşulun