Medianews.az
HƏMAS siyasi partiyaya çevrilmək məsələsinə baxır
60 baxış

HƏMAS siyasi partiyaya çevrilmək məsələsinə baxır

Fələstinin radikal HƏMAS hərəkatı bir sıra liderlərin irəli sürdüyü siyasi partiya təklifini müzakirə edir.

"Report" xəbər verir ki, bunu "Asharq al-Awsat" qəzeti mənbələrə istinadən məlumat yayıb.

Məlumata əsasən, HƏMAS-ın bir sıra liderləri özünü həyatın siyasi, iqtisadi və sosial sahələrində iştirak edə bilən bir qurum kimi təqdim edəcək və mövcud siyasi qüvvələrə bənzər bir siyasi partiya yaratmaq təklifini özündə əks etdirən sənəd təqdim ediblər.

Mənbələr qeyd ediblər ki, müvafiq sənəd hərəkatın siyasi bürosuna, şura məclisinə (məsləhətçi orqan), ali rəhbərlik şurasına və HƏMAS daxilində mövcud olan digər strukturlara göndərilib.

Sənəddə həmçinin ümumFələstin barışığına çağırış yer alır, müəlliflər Fələstin Azadlıq Təşkilatına qoşulmağı və orada islahatlar aparmaqda iştirak etməyi təklif edirlər.

HƏMAS-ın bir sıra liderləri tərəfindən irəli sürülən bu təklif siyasi fəaliyyətə tədricən keçidi nəzərdə tutur və fələstinlilərə Qəzzadakı müharibənin başa çatmasından sonra bölgədə formalaşan yeni reallığın yaratdığı dəyişikliklər fonunda öz əsas prinsiplərinə sadiq qalmaq imkanı verir.

Bizə qoşulun