Medianews.az
Həkimdən XƏBƏRDARLIQ:
112 baxış

Həkimdən XƏBƏRDARLIQ: Bu əlamətlər insultdan xəbər verir

İnsult son zamanlar ən çox müşahidə olunan xəstəliklərdən biridir.

Çox nzaman insanlar xəstəliyin ilkin əlamətinə biganə yanaşdığı üçün sonradan daha ağır fəsadlara yol açmış olur.

Mövzu ilə bağlı Oxu24.com-a danışan həkim Qalib Əsədov insultun ilkin əlamətlərini açıqlayıb.

"İnsult beyin qan dövranının kəskin pozulmasıdır.Tərcüməsi də "zərbə" deməkdir.Amma kəskin beyin-qan dövranının pozulmasından əvvəl beyin-qan dövranının xroniki pozulması halları baş verir. Bu zaman orqanizmdə müəyyən siqnal verən əlamətlər başlayır. Bunlara:yuxunun pozulması,qorxulu yuxular görmək,yaddaşda problemlər,keçmişdə baş vermiş hadisələri yaxşı xatırlasa da,yaxın zamanda baş verənləri tez unudur,əldə,ayaqda keyimələr yaşanır,sanki,əli,ayağı sözünə baxmır,əsmələr başlaya bilər.Bundan əlavə baş ağrıları,tez yorulma və tənginəfəslik də insultun ilkin əlamətlərinə daxildir.Xüsusuilə,şəkər xəstələri diqqətli olmalıdırlar",deyə həkim bilidirb.

Həkimin sözlərinə görə,riskli xəstələr gündəlik sürətli gəzmələrinə diqqət etməlidirlər.

Bizə qoşulun