“Həddindən artıq protein istehlakı su-duz balansının pozulmasına, böyrəklərin həddindən artıq yüklənməsinə və ciddi mədə-bağırsaq problemlərinə səbəb ola bilər”.
Medianews.az xəbər verir ki, bunu diyetoloq Yuliya Orlova deyib.
Diyetoloq bildirib ki, həddindən artıq istehlak, yəni hər kiloqram bədən çəkisi üçün 2,5-3 qramdan artıq istehlak heç bir əlavə fayda vermir və bir sıra problemlərə səbəb ola bilər. Məsələn, böyrəklərin həddindən artıq yüklənməsi: artıq azot sidikdə ifraz olunur, bu da ifrazat orqanlarına yükü artırır.
Orlovaya görə, zülalın həddindən artıq istehlakının digər təhlükəli nəticəsi su-tuz balansının pozulmasıdır. O, izah edib ki, zülal parçalananda sidik cövhəri əmələ gəlir ki, bunun da ifrazı üçün çoxlu miqdarda su tələb olunur. Bu səbəbdən protein pəhrizində olanlara həmişə bol su içmək, mədənin turşuluğuna və öd axınına nəzarət etmək tövsiyə olunur.
Diyetoloq xəbərdarlıq edib ki, digər qida maddələrində çatışmazlıq da problem ola bilər. Əgər pəhriziniz çox zülallıdırsa, sizdə lif, vitaminlər və mürəkkəb karbohidratlar olmaya bilər. Xüsusilə kifayət qədər lif və su qəbul etməsəniz, şişkinlik, qəbizlik və qaz kimi həzm problemləri də yarana bilər. Həddindən artıq yağlı ətlər də xolesterol səviyyəsinin artması ilə əlaqələndirilir.
Medianews.az