Türkiyənin "Haber Global" telekanalı 20 Yanvar faciəsi ilə bağlı süjet yayıb.
Oxu.Az xəbər verir ki, materialda faciədən 36 il ötdüyü vurğulanıb:
"Bu gün qardaş Azərbaycanın hüzn günüdür. 1990-cı il yanvarın 20-də Azərbaycan xalqı Bakıya girən sovet tanklarının qarşısına keçdi və bədənlərini sipər etdi, 147 nəfər şəhid oldu".
Materialda vurğulanıb ki, Azərbaycanın müstəqillik tarixinə düşən 20 Yanvar dirənişi SSRİ-nin çöküşünü də sürətləndirib:
"Azərbaycan xalqı vətən uğrunda sovet tanklarının qarşısına silahsız çıxdı. İçərisində erməni əsgərlərin də olduğu SSRİ-nin hərbi texnikaları heç kimə rəhm göstərmədi, qarşısına kim çıxdısa, əzib Bakıya girdilər, küçələrdə ölüm saçdılar. Ancaq Azərbaycan xalqının zülmə boyun əymək niyyəti yox idi. Son damla qanlarına kimi sovet tanklarına dirəndilər. Moskva isə qan tökməyə davam etdi. O gecə uşaqlar, qadınlar qətlə yetirildi. Yaralılara yardım üçün gələn həkimlərə belə atəş açıldı".