Medianews.az
Gürcüstanda yaşayan azərbaycanlılar:
170 baxış

Gürcüstanda yaşayan azərbaycanlılar: Syahıyaalmanın yekun nəticələri açıqlandı

Gürcüstanın Milli Statistika Xidməti 2024-cü ildə aparılmış siyahıyaalmanın yekun nəticələrini açıqlayıb.

Medianews.az bildirir ki, əhalinin siyahıyaalınması işğalçı rejimlərin əlində olan Abxaziya və Cənubi Osetiya bölgələrini çıxmaqla bütün ölkəni (Gürcüstan vətəndaşlarını, ölkədə daimi yaşayan əcnəbiləri və vətəndaşlığı olmayan şəxsləri) əhatə edib.

Hesabata görə, Gürcüstanın 3 milyon 929 min 581 nəfər əhalisi olub, onların 62,5 faizi şəhərlərdə, 37,5 faizi kəndlərdə yaşayıb. Paytaxt Tbilisinin əhalisi 1 milyon 331 min 485 nəfər göstərilir.

Cins bölgüsü belə rəsmiləşib: 47,9 faiz kişilər, 52,1 faiz qadınlar.

Statistikaya əsasən, əhalinin 17,6 faizi 65 yaş və daha yuxarı yaşda, 62,8 faizi 15-64 yaşda, 19,6 faizi 15 yaşadək şəxslər olub.

Əhalinin 3 milyon 775 min 415 nəfərinin Gürcüstan vətəndaşı, 133 min 857 nəfərinin ölkədə daimi yaşayan əcnəbi olduğu bildirilir.

Siyahıyaalmada 84,1 faiz gürcü, 6,8 faiz azərbaycanlı, 4,3 faiz erməni, qalan əhali başqa millətlərin nümayəndəsi kimi keçib.

Medianews.az 

Bizə qoşulun