Medianews.az
Gürcüstanda idxal ixracı 9,1 milyard dollar üstələyir
123 baxış

Gürcüstanda idxal ixracı 9,1 milyard dollar üstələyir

Gürcüstanın Milli Statistika Xidməti xarici ticarət hesabatı yayıb.

Medianews.az bildirir ki, rəsmi açıqlamaya görə, 2025-ci ilin yanvar-oktyabr aylarında idxal ixracı 9,1 milyard dollar üstələyib.

20 milyard 831,5 milyon dollarlıq xarici ticarət dövriyyəsinin 66,5 faizinin 10 ölkənin payına düşdüyü xəbər verilir. Əsas ticarət tərəfdaşları siyahısında Türkiyə 12,2 faiz, ABŞ 11,2 faiz, Rusiya 10,3 faiz payla göstərilir.

İlk onluqda həmçinin Çin (9 faiz), Qırğızıstan (5,9 faiz), Azərbaycan (5,3 faiz), Almaniya (5,2 faiz), Qazaxıstan (3,9 faiz), Ermənistan (3 faiz), Böyük Britaniya (2,4 faiz) yer alır.

Medianews.az

Bizə qoşulun