Medianews.az
Güclü qrip yayılır -
94 baxış

Güclü qrip yayılır - Həkimlər vətəndaşları xəbərdar edir

Qış aylarında tez-tez müşahidə olunan mövsümi qrip bu il əvvəlki illərə nisbətən daha güclü yayıldığı diqqət çəkir. Son günlər ölkə üzrə halsızlıq, öskürək, qızdırma və boğaz ağrısı kimi əlamətlərlə müraciət edənlərin sayında artım qeydə alınıb.

Milli.Az xəbər verir ki, mütəxəssislər bildirirlər ki, respirator infeksiyaların intensivliyi yüksək temperatur dəyişiklikləri, rütubət və insanların qapalı məkanlarda daha çox bir araya gəlməsi ilə bağlıdır. Həkimlər xüsusilə risk qrupuna daxil olan uşaqlar, yaşlılar və xroniki xəstəliklərdən əziyyət çəkən şəxslərin diqqətli olmasını tövsiyə edirlər.

Səhiyyə orqanları qrip əlamətləri müşahidə olunan şəxslərə isti içkilər qəbul etməyi, əlləri tez-tez yumağı və kütləvi toplaşmalardan mümkün qədər uzaq durmağı tövsiyə edir. Həkimlər qeyd edirlər ki, erkən mərhələdə müalicəyə başlamaq ağırlaşmaların qarşısını almaq üçün vacibdir.

Eyni zamanda peyvəndin mövsümi qripdən qorunmada əhəmiyyətli rol oynadığını vurğulayan mütəxəssislər, hələ peyvənd vurdurmayan vətəndaşların bunu gecikdirməmələrini tövsiyə edirlər.

Həkimlərin sözlərinə görə, bu il qrip dalğasının pik nöqtəsi yanvar və fevral aylarında gözlənilir, buna görə də profilaktik tədbirlər görmək və sağlamlıq vəziyyətinə diqqət yetirmək vacibdir. 

Bizə qoşulun