Medianews.az
Gecə Sumqayıtda daha bir yanğın olub -
59 baxış

Gecə Sumqayıtda daha bir yanğın olub - VİDEO

Sumqayıtda gecə saatlarında daha bir yanğın qeydə alınıb.

“Qafqazinfo” “Sumqayit24.az”a istinadla xəbər verir ki, hadisə Üzeyir Hacıbəyli küçəsi, 9-cu mikrorayonda baş verib.

Məlumata görə, yaşayış binasının önündə ağac yanıb və əraziyə cəlb olunan Fövqəladə Hallar Nazirliyinin əməkdaşları alovu söndürüblər.

Qeyd edək ki, həmin gecə şəhər ərazisində yerləşən sexlərdən biri də yanıb.

Bizə qoşulun