Medianews.az
"Evi, işi olmayanla ailə qurmayın"
73 baxış

"Evi, işi olmayanla ailə qurmayın"

"Bəziləri deyir pul üzərində ailə qurulmamalıdır. İndiki zəmanədə düşünürəm ki, gənclər fikirləşib addım atmalıdır. Bir gənc öz ayağı üstündə dura bilmirsə, maaş almırsa, ata-ana ümidinədirsə, evi belə yoxdursa, Allah ümidinə gedək kirayədə yaşayaq, düzələcək deyirsə, olmaz. Bu sevgi qaldı "Leyli və Məcnun" dönəmində. Onlar belə qovuşa bilmədi".

Medianews.az xəbər verir ki, bu sözləri aparıcı Vüsalə Əlizadə verilişində deyib. Aparıcı qız analarına səslənib. O bildirib ki, övladlarını çalışmayan gənclərə ərə verməsinlər:

"Kirayədə qalmaq olar. Amma qarşındakı insanın bacarığı və cəhdini nəzərə almaq lazımdır. Bilməlisən ki, beş-on il ərzində qəpik-qəpik yığıb nəsə edəcək patensialda adamdırmı.. Bəzən gənclər göz yumub həyat qurur. Oğlanlar bəzi yalanalarla qızların ağlını alır. Evlənəndən sonra bilirsən ki, nə qədər borcu var imiş. Bu yaxınlarda eşitdiyim bir şey bir qız anası kimi məni də narahat etdi. Valideyn belə maraqlanmalıdır ki, uşağı nə işlə məşğuldur, hara gedir, hardan gəlir. Kiminsə qızını bədbəxt etməsin. Yenə də öhdəlik yazıq valideynin üzərinə düşür. Gənclər anlayışlı olmalıdır. Deyirlər sevirəm, falan. Amma bəlli qazancınız olmalı, ailədə kişi kimi sözünüz keçməlidir".

Bizə qoşulun