"Eurovision 2024"ün qalibi, isveçrəli müğənni Nemo, İsrailin yarışda iştirakına icazə verilməsinə səbəbindən etiraz edib və mükafatdan imtina edib.
Medianews.az xəbər verir ki, o, bu barədə instaqram səhifəsində bildirib.
Sənətçi qeyd edib ki, "Səhnədə təriflədiyimiz dəyərlər səhnədən kənarda təcəssüm olunmursa, hətta ən gözəlləri belə mənasını itirir. Bu sözlərin və hərəkətlərin uyğunlaşacağı anı gözləyirəm".
O, həmçinin vurğulayıb ki, "Eurovision" dəfələrlə ciddi qanun pozuntularında ittiham olunan ölkənin imicini yumşaltmaq üçün istifadə olunub.
Nemo mükafatını Cenevrədəki EBU-nun qərargahına göndərib. Müğənni kubokla yanaşı, "Dediyin kimi yaşayın" sözləri ilə başlayan bir məktub da əlavə edib.
Medianews.az