Baş rollarını Çağatay Ulusoy və Demet Özdemirin canlandırdığı “Eşref rüya” serialının son bölümündə sürpriz anlar davam edib.
Musavat.com xəbər verir ki, bölümün ən çox müzakirə olunan məqamı isə “Çiğdem”in “Eşref”ə gözlənilməz təklifi olub.

“Çiğdem”in müxbirin adını açıqlamaq müqabilində “Eşref”ə “Mənim ol… Cəmi bir gecə… Tam ciddiyəm, sadəcə bir gecə… Sonra nə istəsən edəcəyəm” deməsi həm səhnədəki gərginliyi artırıb, həm də izləyiciləri heyrətə gətirib.
Gərginlik dolu səhnə qısa müddətdə sosial mediada gündəmə çevrilərək serialın izləyiciləri arasında müxtəlif ehtimalların ortaya çıxmasına səbəb olub. Xüsusilə də “Çiğdem”in bu addımının hekayənin gedişinə necə təsir göstərəcəyi böyük maraq doğurur.