Medianews.az
Ermənistanda 5 vəzifəli şəxs
77 baxış

Ermənistanda 5 vəzifəli şəxs saxlanıldı

Ermənistanda korrupsiya ilə bağlı cinayət işi çərçivəsində 5 nəfər saxlanılıb.

Trend xəbər verir ki, bu barədə Ermənistanın Antikorrupsiya Komitəsinin yaydığı məlumatda bildirilir.

Saxlanılanlar arasında Ermənistan Respublikasının Dövlət Gəlirləri Komitəsində rəhbər vəzifələr tutan şəxslər də var.

“Həmin şəxslər vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə ittiham olunurlar. İlkin istintaqın maraqlarını nəzərə alaraq, hazırda hər hansı əlavə təfərrüat təqdim edə bilmirik”, – məlumatda qeyd olunur.

Bizə qoşulun