Medianews.az
Ərəb dünyasından Trampa SOS:
65 baxış

Ərəb dünyasından Trampa SOS: “İrana zərbə...!

Yaxın Şərqdə gərginlik kəskin şəkildə artarkən, ərəb ölkələri Vaşinqtona təcili xəbərdarlıq göndərib.

Medianews.az Musavat.com-a istinadən xəbər verir ki, "The Washington Post" nəşrinin məlumatına görə, Səudiyyə Ərəbistanı və bir sıra ərəb müttəfiqləri ABŞ-ı İrana qarşı hərbi eskalasiyadan çəkinməyə çağırır.

Məlumata əsasən, Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salman şəxsən ABŞ prezidenti Donald Trampa zəng edərək onu təmkinli davranmağa çağırıb. Riyad hesab edir ki, mümkün zərbə İranın əvvəlki qarşıdurmalardan daha genişmiqyaslı və nəzarətdən çıxan cavabına yol aça bilər.

Səudiyyə tərəfi xəbərdarlıq edir ki, belə ssenari Fars körfəzinin təhlükəsizliyini sarsıda, enerji bazarlarında ciddi dalğalanma yarada və ABŞ-ın regiondakı strateji maraqlarına zərbə vura bilər.

Qeyd olunur ki, İranın cavab addımları regionu destabilizasiya etməklə yanaşı, qlobal iqtisadiyyata da ağır təsir göstərə bilər.

Bizə qoşulun