Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiyanın dövlət başçısı Vladimir Putin arasında telefon danışığı olub.
Medianews.az xəbər verir ki, bu barədə Kremlin Mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, telefon danışığı zamanı ikitərəfli əməkdaşlığın aktual mövzuları, xüsusilə ticarət-investisiya əlaqələrinin daha da genişləndirilməsi və energetika sahəsində strateji əhəmiyyət kəsb edən layihələrin həyata keçirilməsi müzakirə olunub.
İki ölkə liderləri söhbəti zamanı ABŞ-nin sülh planı təklifləri kontekstində Ukraynadakı vəziyyətlə bağlı fikir mübadiləsi aparıb.
Vladimir Putin Türkiyə Prezidentinə bildirib ki, təqdim edilmiş variant bütövlükdə Alyaskada keçirilmiş Rusiya-ABŞ sammitində aparılan müzakirələrin məntiqinə uyğundur və prinsipcə yekun sülh razılaşmasının əsasını təşkil edə bilər.
Rəcəb Tayyib Ərdoğan danışıqlar prosesinə hərtərəfli dəstək vermək niyyətini ifadə edib və bu məqsədlə İstanbul platformasını təqdim etməyə hazır olduğunu bildirib. Ukrayna məsələsi üzrə Rusiya-Türkiyə təmaslarının müxtəlif səviyyələrdə aktivləşdirilməsi barədə razılıq əldə olunub.