Yaxın Şərqdə son dövrlərdə artan gərginlik və baş verən hadisələr qlobal ticarətə, xüsusilə Dubay kimi böyük tranzit mərkəzlərinə təsir göstərir. Azərbaycanda isə çoxsaylı mobil telefonlar Dubay üzərindən ölkəmizə gətirilir. Bəs baş verən hadisələr mobil telefonların qiymətinə təsir edə bilər?
Medianews.az bildirir ki, İqtisadçı ekspert Natiq Cəfərli Metbuat.az-a açıqlamasında bildirib ki, əgər logistika zəifləyəcəksə, daşımalar azalacaqsa və təyyarə reysləri, demək olar ki, həyata keçirilməyəcəksə, bu, istənilən halda Azərbaycana həmin zonadan, yəni o bölgədən gələn məhsulların qiymətinə təsir göstərəcək:
“Yəqin ki, logistikanın bahalaşması və sığorta haqlarının artması da həmin bölgədən idxal olunan elektrotexnika avadanlıqlarına, məişət texnikasına və digər məhsullara təsir göstərəcək. Əgər münaqişə uzun müddət davam edərsə, qiymətlərin nəzərəçarpacaq dərəcədə artması mümkündür”.