Fransa Prezidenti Emmanuel Makron ABŞ lideri Donald Trampın Qrenlandiya böhranı fonunda Avropa ölkələrinə qarşı elan etdiyi tarif təhdidlərinə sərt reaksiya verib.
Medianews.az xəbər verir ki, Emmanuel Makron sosial media hesabında ABŞ-nin bu addımını “qəbuledilməz” adlandırıb.
Fransa lideri vurğulayıb ki, Avropa ölkələri öz suverenliklərini qorumaqda qərarlıdırlar:
“Əgər bu təhdidlər təsdiqlənərsə, avropalılar vahid və əlaqələndirilmiş şəkildə cavab verəcəklər”.
Xatırladaq ki, Donald Tramp Qrenlandiya ətrafındakı vəziyyətlə əlaqədar fevralın 1-dən etibarən Danimarka, Böyük Britaniya, Niderland, Norveç, Finlandiya, Fransa, Almaniya və İsveçə 10% tarif tətbiq olunacağını elan etmişdi. O, həmçinin xəbərdarlıq edib ki, əgər Vaşinqtonun adanı satın alması ilə bağlı razılıq əldə olunmasa, rüsumlar 1 iyun 2026-cı il tarixindən 25%-ə qədər artırılacaq.