Dünyanın ən yaxşı ölkələrinin 2026-cı il reytinqi açıqlanıb.
Medianews.az xəbər verir ki, U.S. News & World Report-un hazırladığı siyahıda birinci yeri İsveçrə tutub.
Məlumata görə, İsveçrə dövlət idarəçiliyi, iqtisadi inkişaf, təhsil səviyyəsi və turizm cəlbediciliyi üzrə yüksək göstəricilərinə görə lider seçilib.
İlk “10-luq”da həmçinin Danimarka, İsveç, Almaniya, Niderland, Norveç, Böyük Britaniya, Finlandiya, Lüksemburq və Avstriya yer alıb.
Reytinqdə əsasən yüksək sosial təminat sistemi ilə seçilən Avropa ölkələri üstünlük təşkil edib.
Qiymətləndirmə zamanı 100 ölkə üzrə həyat keyfiyyəti, iqtisadi sabitlik, sahibkarlıq mühiti, mədəniyyət, sosial sahə, qlobal təsir və ekologiya kimi meyarlar nəzərə alınıb.
ABŞ isə mədəniyyət və turizm kateqoriyasında birinci olsa da, ümumi siyahıda yalnız 18-ci pillədə qərarlaşıb.//Musavat.com