"Bring a Trailer" onlayn hərrac saytında nadir "Lamborghini Jalpa" idman avtomobilinin satışı keçirilir.
Oxu.Az xəbər verir ki, 1981-1988-ci illər arasında bu avtomobillərdən yalnız 410 ədəd istehsal olunub, lakin yalnız 7 avtomobil sarı rəngə boyanıb.
İstehsalından bəri bu avtomobil cəmi 4 900 kilometr yol qət edib. Hərracın bitməsinə bir neçə gün qalmış təkliflər 70 000 dollara çatıb.
Model səkkizsilindrli mühərrikə malikdir. 3.5 litrlik qurğu təxminən 250 at gücü istehsal edir və beşpilləli mexaniki sürətlər qutusu ilə birləşdirilib.
Rəsmi olaraq, "Jalpa" 0-dan 100 km/saat sürəti 6 saniyəyə yığa bilir.