Hindistanın Udaypur şəhərində Netra Mantena ilə sahibkar Vamsi Gadirajunun toy mərasiminə start verilib.
Milli.Az xəbər verir ki, Netra Mantena ABŞ-da fəaliyyət göstərən "Ingenus Pharmaceuticals" şirkətinin baş direktoru Rama Raju Mantenanın qızıdır. Vamsi Gadiraju isə texnologiya sahəsində tanınan uğurlu iş adamıdır.
Mərasimə Cennifer Lopez, Şahrux Xan, Castin Biber, Donald Tramp Jr və bir çox Bollivud ulduzları daxil olmaqla bir sıra məşhur simalar qatılıb.
Bildirilib ki, toy mərasimi bir neçə gün davam edəcək və Udaypurdakı dəbdəbəli saraylarda təşkil olunur. Mərasimin ümumi büdcəsinin 20-35 milyon arasında olduğu ehtimal edilir.

