Noyabrın 24-ü Nərimanov rayonu Ə.Rəcəbli küçəsində yerləşən “AFEN Plaza”da baş verən partlayışda xəsarət alan şəxslərin son vəziyyəti açıqlanıb.
TƏBİB-dən Medianews.az-a verilən məlumata əsasən, ötən gün 09:00 radələrində Nərimanov rayonu, Ə.Rəcəbli küçəsində obyektdə partlayış baş verməsi səbəbilə xəsarət alan 5 nəfər Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub.
Onlardan 1 nəfərə (kişi) termiki yanıq, 4 nəfərə isə (1-i kişi, 3-ü qadın) bədənin müxtəlif nahiyələrinin müştərək travmaları diaqnozu təyin olunub.
Xəsarət almış 4 nəfərə zəruri tibbi yardım göstərildikən sonra ambulator müalicə üçün evə buraxılıblar.
1 nəfər isə aidiyyatı üzrə tibb müəssisəsinə yönləndirilib.