Medianews.az
Dubayda turistlərə xəbərdarlıq:
74 baxış

Dubayda turistlərə xəbərdarlıq: bu fotoları paylaşmaq QADAĞANDIR

Dubayda turistlər müəyyən fotoları paylaşdıqları təqdirdə hüquqi məsuliyyətlə qarşılaşa biləcəkləri barədə xəbərdarlıq edilib.

Bu barədə Telegram kanalı "Krysha TurDoma" məlumat yayıb.

Məlumatda qeyd olunur ki, söhbət təhlükəsizlik obyektlərinin fotolarının paylaşılmasından və sosial şəbəkələrdə qeyri-dəqiq məlumatların repost edilməsindən gedir.

"Təhlükəsizlik obyektlərinin və ya kritik əhəmiyyətli obyektlərin şəkillərini çəkmək və yaymaq, eləcə də qeyri-dəqiq məlumatları paylaşmaq hüquqi məsuliyyətə səbəb ola bilər və milli təhlükəsizlik və sabitliyi riskə ata bilər," - bu məzmunda mesajlar rusiyalılara və şəhərdə olan digər turistlərə göndərilməyə başlayıb.

Bizə qoşulun