DTX tərəfindən bir sıra şəxslər axtarışdadır.
Onlardan biri də Ruhin Nuriyev Nizami oğludur.
O,30 may 1977-ci ildə Şamaxı rayonunda anadan olub.
AR CM-in 279.3-cü maddəsi ilə axtarışa verilib.
Cinayət Məcəlləsində bu maddə Qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma halları zamanı tətbiq edilir.
Sözügedən maddə ilə ittiham olunan şəxs on iki ildən iyirmi ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə ilə cəzalandırılır./Oxu24.com
