“Oğlumun musiqiyə həvəsi yoxdur. Onun həvəsi başqa sahəyədir. Çox istəyərdim ki, uşağım musiqini sevsin, duyumu olsun. Musiqi duyumu bir qram da yoxdur”.
Medianews.az xəbər verir ki, bu sözləri müğənni Xatirə İslam “Afaqla 10lar” verilişində deyib. Sənətçi övlad arzusundan danışıb:
“Çox istəmişəm qız anası olum. Son illər ümumiyyətlə çox istəyirdim. Gənc qızlar qulaq asın və yadda saxlayın: nəyisə insan içdən istəmir, Allah onu vermir. Hər zaman deyirdim, Allah mənə qız övladı verməsin. Allah da mənə onu axıra qədər vermədi. Son vaxtlar istədim. Amma Allah da dedi ki, istəyini qəbul edib, alnına belə yazdım. Təzədən onu sənə necə verim?”.
Qeyd edək ki, Fəxrəddin adlı bəylə ailəli olan Xatirənin Emil adlı oğul övladı var.