Türkiyənin Karaman şəhərində silahlı hücum hadisəsi baş verib.
Medianews.az xəbər verir ki, M.K. adlı şəxs küçənin ortasında ata və üç oğluna atəş açaraq hadisə yerindən qaçıb.
Yaralılardan üçünün vəziyyətinin ağır olduğu bildirilir.
Hadisə bu gün saat 11:20 radələrində Kirişçi məhəlləsində yerləşən 49-cu küçədə qeydə alınıb. İlkin məlumata görə, şübhəli M.K. 69 yaşlı M.Ş.-ni və onun oğulları 39 yaşlı K.Ş.-ni, 27 yaşlı H.A.Ş.-ni və 31 yaşlı E.Ş.-ni silahla vurub.
Bədənlərinin müxtəlif nahiyələrinə dəyən güllələr nəticəsində ata və oğullar qan içində yerə yıxılıb. Silah səslərini eşidən ətraf sakinlərin xəbər verməsindən sonra hadisə yerinə çoxsaylı polis və təcili yardım qrupları cəlb olunub. Yaralılara ilkin tibbi yardım göstərildikdən sonra onlar Karaman Təlim və Araşdırma Xəstəxanasına aparılıblar.
Xəstəxanadan verilən məlumata görə, yaralılardan üçünün vəziyyəti ağır qiymətləndirilir. Polis hadisənin baş verdiyi ərazidə geniş təhlükəsizlik tədbirləri görüb, cinayət yeri araşdırma qrupları ərazidə istifadə olunmuş gilizləri toplayıb.
Polis silahlı hücumu törədən M.K.-nın saxlanılması üçün genişmiqyaslı əməliyyata başlayıb. İlkin ehtimallara görə, hadisənin borc mübahisəsi zəminində baş verdiyi iddia olunur. Faktla bağlı araşdırma davam etdirilir.
Medianews.az