Medianews.az
“Dadı necədir?” - Prezidentin tələbələrlə maraqlı dialoqu -
57 baxış

“Dadı necədir?” - Prezidentin tələbələrlə maraqlı dialoqu - VİDEO

Bakı Ekspo Mərkəzində keçirilən 19-cu Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı - “Caspian Agro” sərgisinin açılışında iştirak edən Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Peşə Təhsili üzrə Dövlət Agentliyinin stendini ziyarət edib və fəaliyyəti ilə tanış olublar.

Dövlət başçısı və xanımı Dövlət Agentliyinin tabeliyindəki kollec tələbələri ilə söhbət ediblər, onların istehsal etdikləri çiyələyin dadı ilə maraqlanıblar.

Prezident İlham Əliyev:

- Dadı necədir?

Stend iştirakçıları:

- Çox gözəl dadı var.

Mehriban Əliyeva çiyələkdən yeyib və çox gözəl daddığını söyləyib.

Dövlət Agentliyinin sosial şəbəkə hesabında yayımlanan həmin görüntüləri təqdim edirik:

Bizə qoşulun