Naxçıvan Muxtar Respublikasının Culfa şəhərində minik avtomobili qaz xəttinə çırpılıb.
Hadisə şəhərin Ordubadi küçəsində qeydə alınıb. Qəza nəticəsində minik avtomobili D-100-lük qaz xəttini qırıb. Təhlükəsizlik məqsədilə 2920 abonentin qaz təchizatı dayandırılıb.
Bərpa işləri yekunlaşan kimi həmin ərazidə təbii qazın verilməsi təmin ediləcək./Azərtac

