Çinin Şansi əyalətində yerləşən kömür mədənində baş verən qaz partlayışı nəticəsində azı 8 nəfər ölüb, 38 nəfər isə yeraltında qalıb.
Bu barədə “Sinxua” agentliyi yerli fövqəladə halların idarə olunması qurumuna istinadla məlumat yayıb.
Bildirilib ki, mədənçilərin ölümünə karbonmonoksit səviyyəsinin normadan artıq olması səbəb olub.
Xilasedicilər indiyədək 201 nəfəri təxliyə edib, həlak olan 8 nəfərin cəsədi isə dağıntılar altından çıxarılıb.
Hazırda yeraltında qalan mədənçilərin xilas edilməsi istiqamətində əməliyyatlar davam edir./unikal/