Medianews.az
Bakılı dünya çempionu beynəlxalq
89 baxış

Bakılı dünya çempionu beynəlxalq axtarışa verildi

Rusiya istintaq orqanları erməni şahmatçı Harri Kasparovu beynəlxalq axtarışa verib.

Medianews.az qafqazinfo-ya istinadən xəbər verir ki, onun haqqında terrorizmə bəraət qazandırmaq maddəsi ilə axtarış qərarı çıxarılıb.

Həmçinin bildirilib ki, Kasparov dövlət çevrilişini planlaşdırmaqda ittiham olunur.

Qeyd edək ki, H.Kasparov karyerasını 2005-ci ildə başa vurub və 2013-cü ildə Rusiyanı tərk edib. Hazırda ABŞ-də yaşayan şahmat üzrə keçmiş dünya çempionu ötən il Rusiyada terrorçu və ekstremistlərin siyahısına daxil edilib.

2025-ci ilin dekabrında Moskvanın Zamoskvoreçye rayon məhkəməsi H.Kasparov barəsində ekstradisiya və ya deportasiya halında Rusiya hüquq-mühafizə orqanlarına təhvil verildiyi andan, yaxud Rusiya ərazisində faktiki saxlanıldığı andan etibarən iki aylıq həbs qətimkan tədbiri seçib. Komi məhkəməsi onunla bağlı qiyabi həbs qərarı çıxarıb.

Bizə qoşulun