Dünyanın ən yaşlı pişiyi Böyük Britaniyada yaşayır.
Publika.az xəbər verir ki, heyvanın 30 yaşı var və bu da ev heyvanları üçün qeyri-adi haldır.
Flossie adlı Britaniya pişiyin 30 yaşı tamam olub. Bu, insan illəri ilə 140-150 il deməkdir. O, olduqca aktivdir və ciddi sağlamlıq problemləri yoxdur.
Qeyd edək ki, pişiyin bir neçə sahibi olub, lakin hamısı dünyadan köçüb. Heyvan hazırda ingilis ailələrindən birində yaşayır.