Medianews.az
“Bunu etsəm çox xoşbəxt olacam, çünki ən böyük arzumdur” -
377 baxış

“Bunu etsəm çox xoşbəxt olacam, çünki ən böyük arzumdur” - FOTO/ÖZƏL

“Mən bəstəkar deyiləm, pianoçuyam. Bəstəkar deyəndə bir az səhv salırlar. Amma özüm üçün yaradıram. “Dəniz”, “Ave maria”, “Anam Azərbaycan”  və s. bir neçə əsərləri yaratmışam. Şuşa ilə bağlı kədərli bir romans var idi. Mən onu İngiltərədə yazmışam. Orada sözlər yoxdur, ancaq sonda inglis xanımı öz dilində deyir ki, “hardasan Şuşa?”. İndi artıq Şuşa bizimdir. O əsər öz aktuallığını itirib. Musiqi yaxşıdır, amma sözlər düz gəlmir. Qələbə ilə əlaqədar bir şey yaratmaq ən böyük arzumdur. Bunu etsəm çox xoşbəxt olacam”

Bunu Medianews.az-a açıqlamasında xalq artisti, Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli deyib.

 

O daha sonra Şuşa ilə bağlı arzularından danışıb: “Şuşa mənim arzularımın şəhəridir. Dünyanın hər yerində olmuşam, amma Şuşanı mən heç yerə dəyişmərəm. Babam Bədəl bəyin orada böyük mülkü olub. 1905-ci il hadisələrində hər şeyi məhv ediblər. Elə olub ki, babamı Bakıya məktəb direktoru kimi dəvət ediblər və o hər şeyi Şuşada qoyub gəlib. Babamın heç bir mülkü qalmayıb. Əlbəttə ki, Şuşada yaşamaq, yaratmaq ən böyük arzularımdan biridir. İstərdim ki, xaricdən müəllimlər gəlsin, orada dərs desinlər. Orada bir yer versələr gedib yaşayaram. Yaxud da elə bir sənətkar, musiqi müəllimi kimi getmək istərdim. Başa düşürəm ki, ilk növbədə ora Şuşada daim yaşayanlar getməlidir, amma mən də yaşamaq istərdim. Hərhalda bir müəllim kimi mənə orada yer olar”.

Əli Əsgər
Medianews.az

Bizə qoşulun