Medianews.az
Məşhur aktyor 85 yaşında vəfat etdi -
85 baxış

Məşhur aktyor 85 yaşında vəfat etdi - FOTO

Türkiyə teatrının əfsanəvi simalarından biri, Devekuşu Kabare Teatrının qurucularından Əhməd Gülhan 85 yaşında vəfat edib.

Medianews.az xəbər verir ki, bu yaxınlarda həyat yoldaşı, aktrisa Gülümser Gülhanı itirən sənətkarın ölümü Türkiyə sənət camiəsində böyük kədər doğurub.

Teatr, kino və televiziya sahəsində zəngin yaradıcılığa malik olan Əhməd Gülhan 1970-ci illərdə Metin Akpınar və Zeki Alasya ilə birlikdə Devekuşu Kabare Teatrını quraraq, türk yumoruna yeni nəfəs gətirib. Onun aktyorluğu, siyasi satirası və özünəməxsus səhnə tərzi illərlə tamaşaçıların sevgisini qazanıb.

Əhməd Gülhanın “Müzəffər kimi” və “Şübhəli Şəmsəddin” obrazları türk teatr tarixində simvolik rollar kimi yadda qalıb. O, həmçinin Ayşen Gruda, Bilge Şen və Nevra Serezli kimi sənətin nəhəng adları ilə birlikdə bir çox unudulmaz tamaşalara imza atıb.

Ustad sənətkarın həyatında ən böyük dəstəkçisi olan həyat yoldaşı Gülümser Gülhan ötən ilin mart ayında dünyasını dəyişmişdi. Uzun illər eyni səhnəni paylaşan cütlük Türkiyə teatr ictimaiyyətində nümunəvi bir sənət ortaqlığı kimi xatırlanır.

Medianews.az

Usta oyuncu Ahmet Gülhan hayatını kaybetti

Usta oyuncu Ahmet Gülhan hayatını kaybetti

Usta oyuncu Ahmet Gülhan hayatını kaybetti

Bizə qoşulun