Bakının Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi bərpa edilib.
Bu barədə Medianews.az-a Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.
Bildirilib ki, yağışlı hava şəraiti ilə əlaqədar sözügedən yolda bəzi zolaqlar üzrə 20 km/saat endirilən sürət həddi bərpa edilərək əvvəlki vəziyyətinə qaytarılıb.