Medianews.az
Bu şəxslərin pensiyası
127 baxış

Bu şəxslərin pensiyası bərpa olunur

Azərbaycanda əlilliyə görə əmək pensiyası əlillik statusunun müəyyən olunduğu müddətə təyin edilir. Yəni bu pensiya daimi deyil və tibbi-sosial ekspertiza tərəfindən göstərilən vaxt bitdikdə ödəniş dayandırıla bilər.

Medianews.az-ın məlumatına görə, qanuna əsasən, əgər əlillik müddəti başa çatır və şəxs yenidən müayinədən keçmirsə, pensiya əlilliyin bitdiyi gündən kəsilir. Həmçinin, növbəti yoxlamada şəxs əmək qabiliyyətli hesab edilərsə, həmin aydan sonrakı ayın 1-dən pensiya dayandırılır.

Ancaq pensiyanın yenidən bərpası mümkündür. Əgər əlillik müddəti bitdikdən sonra şəxs 6 ay ərzində yenidən tibbi-sosial ekspertizadan keçərək əlilliyini təsdiqlədərsə, pensiya yenidən təyin olunur. Bu halda bəzi hallarda əvvəlki dövr üçün də ödəniş aparıla bilər.

Qeyd edək ki, əlilliyə görə əmək pensiyasının minimum məbləği 320 manatdır. Hesablanan pensiya bu məbləğdən az olarsa, dövlət tərəfindən ən azı 320 manat ödənilir.

Bizə qoşulun