Medianews.az
Bu şəxslərə vergi güzəşti olacaq -
81 baxış

Bu şəxslərə vergi güzəşti olacaq - SİYAHI

Kimlərə torpaq vergisində güzəşt tətbiq olunur?

Medianews.az  xəbər verir ki,Vergi Məcəlləsinin 207.2-ci maddəsində qeyd olunub ki, bu Məcəllənin 102.1-1 -ci və 102.2-ci maddələrində göstərilən şəxslərin mülkiyyətində olan torpaqlara görə torpaq vergisinin məbləği 10 manat azaldılır.

Şəhid statusu almış şəxslərin valideynlərinin, dul arvadlarının (ərlərinin) və övladlarının;

- Azərbaycan Respublikasının Vətən Müharibəsi Qəhrəmanlarının;

- Azərbaycan Respublikasının Milli Qəhrəmanlarının;

- Sovet İttifaqı və Sosialist Əməyi Qəhrəmanlarının;

- Müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin;

- Həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarının (ərlərinin) və övladlarının;

- 1941-1945-ci illərdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallar ilə təltif edilmiş şəxslərin;

- Qanunvericiliklə müəyyən edilmiş qaydada müharibə veteranı adı almış şəxslərin;

- Çernobıl AES-də qəza, mülki və ya hərbi təyinatlı atom obyektlərində radiasiya qəzaları nəticəsində, habelə nüvə qurğularının hər hansı növləri, o cümlədən nüvə silahı və kosmik texnika ilə bağlı olan sınaqlar, təlimlər və başqa işlər nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslərin.

Bizə qoşulun