Medianews.az
Bu rayonlarda 4 gün su fasilələrlə veriləcək
127 baxış

Bu rayonlarda 4 gün su fasilələrlə veriləcək

Əhalinin su təminatının yaxşılaşdırılması ilə bağlı Oğuz-Qəbələ-Bakı su kəmərinin istismara davamlılığının artırılması məqsədilə görüləcək işlər çərçivəsində 25-29 noyabr tarixlərində Xəzər, Yasamal, Sabunçu, Xətai, Abşeron rayonlarının, Xırdalan şəhərinin bəzi ərazilərinə suyun verilmə rejimlərində dəyişiklik ediləcək.

Medianews.az xəbər verir ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə istinadən xəbər verir.

Bununla bağlı su təchizatında müvəqqəti fasilələr yaranacaq.

Magistral su kəməri üzərində aparılacaq təmir-bərpa işləri yay aylarında yarana biləcək su çatışmazlığının qarşısının alınması istiqamətində icra olunan davamlı tədbirlərdən biridir.

Bizə qoşulun