Medianews.az
Bu qadın indiyədək
76 baxış

Bu qadın indiyədək SSRİ pasportu ilə yaşayırmış

Özbəkistanda, Səmərqənd vilayətinin Koşrabad rayonunda yaşayan Onarxol Kubayeva indiyədək SSRİ pasportu ilə yaşasa da, nəhayət Özbəkistanın ID-kartını alıb.

Medianews.az  xəbər verir ki, Kubayeva 1972-ci ildə Nuratada anadan olub.

Onun sözlərinə görə, ailə problemləri səbəbindən uzun illər pasportunu dəyişə bilməyib.
 

Martın 14-də yerli hakimiyyət orqanları qadına ilk Özbəkistan şəxsiyyət vəsiqəsini rəsmiləşdirməkdə kömək edib.

Beləliklə, Kubayeva rəsmi şəkildə müstəqil Özbəkistanın vətəndaşı olub və artıq ölkənin ID-kartını daşıyacaq. 

Bizə qoşulun