Medianews.az
Bu ölkənin sakini kənd təsərrüfatı nazirinin evinin qarşısına peyin səpdi
143 baxış

Bu ölkənin sakini kənd təsərrüfatı nazirinin evinin qarşısına peyin səpdi

Polşa polisi kənd təsərrüfatı naziri Stefan Krayevskinin şəxsi evinin qarşısına peyin səpən 35 yaşlı kişini saxlayıb.

Oxu.Az xəbər verir ki, bu barədə "Polsat News" məlumat yayıb.

Hüquq-mühafizə orqanlarının məlumatına görə, Lyublin əyalətinin sakini nazirə qarşı cinayətkar təhdidlər edib.

Hadisə Avropa İttifaqı Şurasının Cənubi Amerika ölkələri ilə ticarət müqaviləsini təsdiqlədiyi gün baş verib. Bu, fermerlərin sərt reaksiyasına səbəb olub və onlar Varşavada, eləcə də Polşanın bir çox digər şəhərlərində etiraz aksiyaları keçiriblər.

Bizə qoşulun