Medianews.az
Bu ölkədə iflas halları
78 baxış

Bu ölkədə iflas halları kəskin ARTDI

Finlandiyada iflasların sayı 1966-cı ildən bəri rekord həddə çatıb. 

Medianews.az xəbər verir ki, "Helsingin Sanomat" qəzeti ölkənin Statistika İdarəsinin məlumatlarına istinadən bu kəskin artım barədə bildirir.

Təkcə dekabr ayında 360 iflas baş verib ki, bu da illik müqayisədə 34 faiz artım deməkdir. Ümumilikdə, il ərzində 3906 şirkət iflas üçün müraciət edib.

Statistika İdarəsinin baş statistiki Mira Kuussaari bildirib ki, Keçən ilki iflas nisbəti 1996-cı ildən bəri ən yüksək olub. Əvvəlki illə müqayisədə iflas ərizələrinin sayı 12 faiz artıb.

Ən çox iflas halları tikinti sektorunda (768 firma) qeydə alınıb. Pərakəndə satış şirkətləri və fərdi sahibkarlar da ilk üçlükdə yer alıb.

Medianews.az

Bizə qoşulun