İngiltərə Kubokunun üçüncü turunda “Kristal Palas”ı 2-1 hesabı ilə məğlub edən “Maklsfild Taun”un sahibi Rob Smetharst komandanı alarkən sərxoş olduğunu bildirib və qələbəni necə qeyd edəcəyi haqda danışıb.
Publika.az xəbər verir ki, onun sözlərini “The Sun” qəzeti sitat gətirib.
“Dörd gün içki içdikdən sonra, bəlkə də futbol klubu almaq o qədər də pis fikir deyildi! Gülməlisi odur ki, bunu xatırlamıram. Amma indi baş verənlərə baxın. Yerli icma və azarkeşlər üçün futbol klubunu yenidən həyata qaytarmaq inanılmazdır.
Kim bilir, bəlkə də biz buna nail olacağıq? Axı xəyallar orada yaranır, elə deyilmi? Bu gün əylənirik. Hətta axşamın sonuna qədər İbizaya da gedə bilərəm”.