Medianews.az
Bu bölgəyə 30 sm qar yağdı
49 baxış

Bu bölgəyə 30 sm qar yağdı

Şimal-qərb bölgəsinə 30 sm qar yağıb.

Medianews.az APA-ya istinadla bildirir ki, son günlər şimal-qərb bölgəsində qeyri-sabit hava şəraiti hökm sürür.

Yanvarın 1-i axşam saatlarından başlayaraq bölgənin əksər ərazilərinə qar yağır. Temperatur yüksək dağlıq ərazilərdə -15 dərəcəyə qədər düşüb.

Qax, Zaqatala və Şəki rayonlarının ərazilərinə daha çox qar yağıb. Hazırda Qax rayonunun Sarıbaş kəndində qarın hündürlüyü 30-sm, İlisu kəndində 20 sm, Zaqatalanın Car kəndində isə 15 sm-dan çoxdur.

Qarın yağması ilə bağlı bölgəyə işığın və təbii qazın verilməsində ciddi problem yoxdur.

Bizə qoşulun