Əfsanəvi fransız aktrisası Bricit Bardo xəstəxanaya yerləşdirilib.
“Qafqazinfo” xəbər verir ki, bu haqda “Var-Matin” nəşri məlumat yayıb.
Mənbənin sözlərinə görə, Bardo Sen-Jean xəstəxanasına yerləşdirilib. Xəstəliyinin dəqiq səbəbi məlum olmasa da, hazırda o, müşahidə altındadır.
Qeyd edək ki, 91 yaşlı Bricit Bardo dünya kinosunun əfsanəsidir. O, karyerasında 45 filmdə rol alıb və 70-dən çox mahnı yazıb.