Braziliyanın "Qremio" klubu "Panatinaikos"un (Yunanıstan) futbolçusu Teteni heyətinə qatdığını rəsmən açıqlayıb.
"Report"un məlumatına görə, bir vaxtlar "Qalatasaray"ın da formasını geyinmiş 25 yaşlı braziliyalı vingerlə 4 illik müqavilə imzalanıb.
Futbolçunun transferinin 6,2 milyon avroya başa gəldiyi bildirilib.
Qeyd edək ki, "Qremio"nun yetirməsi olan Tete 2019-cu ildə 15 milyon avroya "Şaxtyor"a (Donetsk, Ukrayna) keçib. O, 2023-cü ilin yayında Türkiyə Superliqası klubuna cəlb olunmuşdu.