Braziliyanın "Vitoriya" klubu "Qarabağ"ın futbolçusu Mateus Silvanın transferindən imtina edib.
Oxu.Az xəbər verir ki, bu barədə Braziliya klubunun baş məşqçisi Fabio Mota mətbuat konfransında açıqlama verib.
O bildirib ki, klub sağ cinah müdafiəçisi axtarışındadır. "Qarabağ"ın müdafiəçisi Mateus Silvanın adı gündəmə gəlsə də, baş məşqçi onun transferini istəməyib.
"Vitoriya" klubu hazırda başqa futbolçularla danışıqlar aparır.