Medianews.az
BMT-nin Baş katibi İran hakimiyyətinə çağırış edib
138 baxış

BMT-nin Baş katibi İran hakimiyyətinə çağırış edib

BMT-nin Baş katibi Antonio Quterreş İran hakimiyyətini maksimum təmkinlilik göstərməyə və zərurətdən artıq güc tətbiqindən çəkinməyə çağırıb.

"Report"un ABŞ bürosu xəbər verir ki, bunu BMT Baş katibinin sözçüsü Stefan Düjarrik bildirib.

"Birləşmiş Millətlər Təşkilatı (BMT) İranda baş verən nümayişlər və zorakılıq hadisələrini yaxından izləyir və itkilərdən ciddi narahatdır. Eyni zamanda, ölkədə informasiya əldə etmə imkanlarının təmin olunması, o cümlədən rabitə bağlantılarının bərpası vacibdir", - sözçü əlavə edib.

O, bildirib ki, BMT-nin ölkədəki əməkdaşları hazırda təhlükəsiz şəraitdədir, bütün əlaqələr mümkün qədər saxlanılır. Təşkilat prosesləri izləməyə davam edir və İran vətəndaşlarının hüquqlarının qorunmasına yönəlmiş addımların atılmasını tələb edir.

Bizə qoşulun