Amerikalı məşhur müğənni Beyons milyarderlər siyahısına daxil olub.
Kult.az xəbər verir ki, bu barədə “Forbes” jurnalı məlumat yayıb.
Bildirilib ki, Beyons milyarderlər sırasına daxil olan 5-ci müğənnidir.
Dünyanın ən varlı adamları siyahısına tanınmış müğənnilərdən 44 yaşlı reper Cey-Zi, Teylor Svift, Brus Sprinqstin və Rihanna daxildir.
Qeyd edək ki, Beyons 2023-cü ildə “Renessans Dünya Turu”ndan təxminən 600 milyon dollar gəlir əldə edib.